ALICI RAZILAŞMASI
ƏSAS ANLAYIŞLAR ALICI RAZILAŞMASI (RAZILAŞMA) – bu sənəddə onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər;
ALICI – MADE.AZın verdiyi texniki imkanlar vasitəsi ilə və elektron ödəniş edərək portalda qeyd olunmuş mal və xidmətləri sifariş edən/alan, həmçinin bu “Alıcı razılaşması”nın şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs;
SATICI – Portalda öz mallarını/xidmətlərini özünün istifadə etdiyi səhifədə onlayn qaydada satan və satış və çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs; MADE.AZ - mal və xidmətlərinin satışı məqsədilə özünə aid İNTERNET MAĞAZAda SATICI üçün razılaşdırılmış elektron məkanı təqdim edən hüquqi şəxs (“MADE.AZ” MMC);
PORTAL – mal və xidmətlərin onlayın alış-veriş məkanı olan, MADE.AZa məxsusus “www.made.az” internet səhifəsi; MAL(LAR)/XİDMƏT(LƏR) – PORTALDA yerləşdirilmiş hər hansı mallar, xidmətlər, təchizatlar, materiallar, əşyalar və digər material və əmtəələr (o cümlədən onların quraşdırılması və ya istənilən hissəsi);
SİFARİŞ – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Portaldan mal/xidmət alınması məqsədilə Portalda mövcud olan müvafiq formanın doldurularaq SATICIya elektron formada göndərilməsi.
XÜSUSİ ŞƏRTLƏR
1.Razılaşmanın predmetini ALICI tərəfindən şəxsi və digər məqsədər üçün PORTALDA əks olunan malların/xidmətlərin alınması və digər formada istifadəsində imkan yaradılması təşkil edir. Bu Razılaşma şərtləri PORTALDA cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.
2.PORTALDAN mal sifariş edən ALICI bu RAZILAŞMAnın şərtləri ilə tam razılaşdığını bəyan edir.
3.PORTALDA satılan mallar/xidmətlər, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.
4.SATICI alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.
5.Alış o vaxt baş tutmuş sayılır ki, ALICI malın/xidmətin dəyərini e-mail ilə təstiqlənir.
6.PORTALDA olan sifariş formasını doldurmaqla ALICI özünə aid əlaqə vasitələri barədə məlumatların SATICI və ya SATICInın müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz etmir. Bura gələcəkdə ALICIya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi aiddir.
7.ALICI sifariş etməklə SATICInın öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir.
8.Sifariş ALICI ilə SATICI arasında bağlanılmış müqavilə hesab olunur və hər iki tərəfin bu Razılaşmadan və qanunsuz hərəkətlərdən irəli gələn zərər və deliktlərə görə MADE.AZ/ PORTAL məsuliyyət daşımır.
9.“www.made.az” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, ALICI günün, ayın, ilin instənilən vaxtı PORTALın xidmətlərindən istifadə edə bilər. PORTALın iradəsindən kənar səbəblərdən dolayı PORTALın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə PORTALIN və SATICInın bu Razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICIya zərər dəyərsə, bu halda PORTAL, və ya SATICI hər hansı məsuliyyət daşımır.
10.PORTAL SATICI tərəfindən satış üçün təqdim olunmuĢş mal/xidmətlər haqqında məlumatların düzgünlüyünə, habelə SATICI tərəfindən ALICIya aid məlumatlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət daşımır.
11.PORTALDA satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmamazlıq olduğu təqdirdə, ALICI PORTALA yazılı müraciət ünvanlaya bilər.
12.PORTALDA görsənməsinə baxmayaraq əgər sifariş verilmiş mal SATICInın anbarında yoxdursa, SATICI bu barədə ən qısa vaxt ərzində ALICIya və PORTALA xəbər verməklə sifarişi ləğv edir. Sifarişin ləğvi nəticəsində ALICIya hər hansı real zərər dəyərsə, buna görə PORTAL məsuliyyət daşıyır.
13.ALICI tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə nə PORTAL, nə də ki, SATICI məsuliyyət daşımır.
14.Əgər buna obyektiv səbəb varsa, malların/xidmətlərin çatdırılma vaxtı/tarixi SATICI və PORTAL tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
15.Çatdırılma və ya digər problemlər ilə bağlı ALICI PORTALın administrasiyasına öz şikaytlərini elektron qaydada təqdim edə bilər.
16.Digər istək qeyd edilməyibsə sifariş şəxsən alıcıya və/və ya qeyd etdiyi ünvanda olan istənilən 3-cü şəxsə təhvil verilir
17.Göndərilmiş malı qəbul edən ALICI (və ya 3-cu Ģəxs) malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir. Baxış keçirdikdən sonra ALICI (və ya 3-cu Ģəxs) malin çatıdılmasını təsdiq edən sənədi imzalayır və bununla mala dair hər hansı iddia olmadığını bəyan edir.
18.Müvafiq təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan sonra mala dəymiş zərərə görə ALICI məsuliyyət daşıyır.
19.PORTALda satılan malların məbləği Azərbaycan manatı ilə məbləğ ödənilir.
20.PORTALda malın qiyməti SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
21.Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə SATICI və PORTAL məsuliyyət daşımır.
22.PORTAL aşağıdakı mülahizyə əsasən ALICInın sifarişini ləğv edə bilər: - Əgər ALICI 4 dəfə ard-arda hər hansı malı almaqdan əsassız surətdə imtina edirsə; - Əgər ALICI tərəfindən qeyri-qanuni əməliyyatların həyata keçirilməsinə şübhə varsa, habelə qeyri-etik davranıĢ nümayiĢ elətdirirsə. Qeyd olunan hərəkətlər istehlakçılara münasibətdə ayrı-seçkilik kimi deyil, PORTAL və SATICInın maddi itkisinin qarşısının alınması kimi başa düşülməlidir.
23.Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər SATICInın təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər ALICIdan tutulur.
24.Qızıl və qiymətli daşlardan hazırlanan məmulatlar, parfümeriya və kosmetik vasitələr, çimərlik geyimləri, alt paltarları və corablar, məişət-kimya məhsulları, şəxsi gigiyena məhsulları, uşaq oyuncaqları, plastik yemək qabları və dəyəri ödənilmiş yararlılıq müddəti ərzində mağazadan çıxarılan ərzaq malları geri qaytarıla bilməz. Digər məhsullar orijinal şəklində qaytarıla bilər: etiketlər və birkalar yerində olmalıdır, məhsulda istifadə izləri olmamalıdır. Əks təqdirdə, geri qaytarılması imtina ediləcək
25.Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində ALICIya vurulmuş zərərə görə SATICI və ya PORTAL məsuliyyət daşımır.
26.Malın tamlığı, keyfiyyəti, çatdırılması və s. göstəricilərə görə PORTAL ALICI qarşısında məsuliyyət daşımır. ALICI bu cür iddiaları SATICIya qarşı irəli sürə bilər.
27.PORTALdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
28.SATICI öz hüquqlarını 3-cü şəxslərə güzəşt edə bilər.
29.SATICI və PORTALın ofisləri əmək qanunverciliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.
30.Mallara/xidmətlərə dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur.
31.SATICIya qarşı iddialar SATICInın PORTALdakı əlaqə vasitələri ilə, PORTALa olan iddalarla bağlı isə
[email protected] ünvanına yazıla bilər. Müraciətlərə ən qısa vaxt ərzində baxılır.